Google siqnallari əslində Google sıralama faktorlarıdır. Google bir saytın axtarış nəticələrindəki yerini müəyyən edərkən minlərlə faktoru diqqətə alır. Biz bu faktorların hamısını bilməsək belə, vacib olan bəzi SEO siqnalları bizə məlumdur.
Bu yazıda SEO sahəsindəki mütəxəssislər tərəfindən təsdiqlənən və müxtəlif araşdırma və təcrübələrə əsasən doğruluğu təsdiq olunan SEO sıralama faktorlarından bəziləri haqqında məlumat verəcəm.
Google Siqnalları
Bu yazıda Google tərəfindən təsdiqlənən və təsdiqlənməyən bir sıra sıralama faktorlarına yer verəcəm. Google tərəfindən təsdiqlənməyən amma aparılan araşdırmalara və testlərə əsasən sıralama faktoru olan yüzlərlə siqnal var.
Aşağıdakı Google siqnalları veb saytınızın Google axtarış nəticələri səhifəsindəki sıralamasının müəyyən olunmasında alqoritm tərəfindən diqqətə alınan siqnallardır.
Core Web Vitals (Əsas Veb Məlumatları)
Core Web Vitals Google tərəfindən təsdiq olunmuş bir sıralama faktorudur. Google Web Vitals istifadəçinin saytınızla əlaqəsini və saytınızdakı təcrübəsini dəyərləndirən bir Google siqnalıdır. Google 2021-ci ildə Google Web Vitals-ın sıralama faktoru olduğunu təsdiqləyib.
Anchor Mətnlər
“Anchor” mətnlər alqoritmin səhifənizin kontekstini başa düşmək üçün istifadə etdiyi əsas siqnallardan biridir. Adətən backlinklər üçün istifadə olunur və linkin yerləşdirildiyi mətni ifadə edir. Bu mətnin link gedən səhifənin konteksti ilə əlaqəli sözlər ehtiva etməsi vacibdir.
Domen Tarixi
Domen tarixi bir veb saytın SEO-su üçün ən vacib sıralama siqnallarından biridir. Əgər domeniniz siz həmin domeni almadıqdan əvvəl alınıbsa və Google qaydalarına zidd şəkildə işlədilibsə, bu sizin mövcud SEO-nuza ciddi mənfi təsir göstərə bilər.
E-E-A-T
E-E-A-T Google-un bir veb saytda yer alan məzmunların istifadəçi üçün etibarlı, keyfiyyətli və doğru olduğunu ölmək üçün istifadə etdiyi kriteriyalardır. E-E-A-T birbaşa olaraq sıralama factory və ya Google siqnalı olmasa da, veb saytın sıralamasına ciddi təsir edir.
Başlıqlar (H1 və H2 başlıqlar)
Başlıqlar Google alqoritminin bir səhifənin kontekstini müəyyən etmək üçün istifadə etdiyi elementlərdir. Əsas açar sözünüzün başlıqlarda olması, Google-un öncəlikləri arasındadır. Səhifə başlıqları tək başına sıralama faktoru olmasa da, səhifə-daxili SEO üçün əhəmiyyətlidir.
Məzmun
Məzmun bir veb səhifənin sıralamasına təsir edən ən vacib faktorlardan bəlkə də, birincisidir. Məzmunun hədəf kütlənin niyyətini qarşıladığından, əlaqəli açar sözləri ehtiva etdiyindən, faydalı və etibarlı olduğundan əmin olmalısınız.
Backlinklər
Backlinklər başqa saytlardan sizin saytınıza gələn linklərdir. Bir veb saytın Google tərəfindən etibarlılığı, faydalılığı və populyarlığı backlink sayısına və keyfiyyətinə görə ölçülür. Nə qədər çox keyfiyyətli backlinkiniz varsa, o qədər yaxşı SEO performansınız olacaq. Backlinklər birbaşa olaraq sıralama faktorudur.
Mobil Uyğunluq
Google üçün bir veb saytın mobil cihazlar üçün optimizasiya olunmuş olması, müsbət haldır. Google mobil uyğunluğu sıralama faktoru olaraq qeydə alır. Veb saytınızın bütün mobil cihazlardan əlçatan olması, mobil istifadəçilərə xoş təcrübə qatması önəmlidir.
Səhifə Sürəti
Səhifə sürəti Google üçün təsdiq edilmiş bir sıralama faktorudur. Əgər səhifəniz sürətli açılırsa, istifadəçinin sayt ilə bağlı təcrübəsi daha yüksək olacaq. Veb səhifələrinizin istifadəçi üçün ən yaxşı təcrübəni təmin etməsi üçün veb saytınızı sürətləndirin.
URL Strukturu
URL-lər Google üçün sıralama faktoru olaraq qeydə alınır. İstifadəçi dostu URL strukturuna sahib olmaq həm istifadəçilərin, həm də alqoritmin veb saytınızda yer alan səhifələri asanlıqla anlamasına kömək edir.
Klik Dərinliyi
Klik dərinliyi Google üçün önəmli siqnallardan biridir. Klik dərinliyi istifadəçinin axtardığı veb səhifəyə getmək üçün saytınızda neçə dəfə klik etməli olduğunu ifadə edir. Əgər istifadəçi axtardığı səhifəyə getmək üçün saytınızda 5-6 dəfə fərqli səhifələrə getmək məcburiyyətində qalırsa, bu mənfi haldır.
Daxili Linklər
Daxili linklər öz veb səhifələriniz arasında əlaqə qurmaq, istifadəçinin bir səhifədən digərinə asanlıqla keçid etməsini təmin etmək üçün istifadə olunan linklərdir. Biri-biri ilə əlaqəli olan məzmunlarınız arasında daxili linklər vermək həm istifadəçinin saytda səhifələr arasında gəzməsini asanlaşdırır, həm də Google alqoritminin məzmunlarınız arasındakı əlaqəni anlamasını asanlaşdırır.
Google Siqnallari Niyə Vacibdir?
Google siqnalları saytınızın axtarış nəticələri səhifəsindəki sıralamasının nələrə əsasən müəyyən olunduğunu anlamaq üçün vacibdir. Lakin bu o demək deyil ki, SEO sadəcə müəyyən Google siqnalları üçün veb saytı optimizasiya etməkdir. Bilmədiyimiz bir çox Google siqnalı var və tam olaraq hansı siqnalın veb saytın sıralamasına nə dərəcədə təsir etdiyini anlamaq mümkün deyil.
SEO həm elmi həm də praktiki bir sahə olduğu üçün, siqnallara fokuslanaraq SEO etmək məntiqli deyil. Bunun yerinə qısa, orta və uzunmüddətli hədəfləri olan bir strategiya qurmaq və SEO prosesini ətraflı ələ alaraq strategiyanı tətbiq etmək daha məntiqlidir.