Mövsümi SEO Nədir və Satışlarınızı Necə Artıra Bilər?

Mövsumi SEO, veb səhifələrinizi xüsusi günlərdə və ya bəzi mövsümlərdə daha çox trafik alması üçün optimizasiya etmək deməkdir. İnsanlar bəzi məhsullara və ya xidmətlərə hər zaman ehtiyac duyduğu kimi, bəzilərinə də sadəcə xüsusi günlərdə və ya mövsümlərdə ehtiyac duyurlar. Bu səbəbdən səhifələrinizin bu xüsusi günlər və mövsümlər üçün optimizasiya olunduğundan əmin olmalısınız.

Mövsümi SEO Nədir?

Mövsümi SEO, ənənəvi SEO içində yer alan bir konsepsiyadır. Mövsümi SEO-da diqqətə alınan əsas şey, xüsusi günlər və mövsümlərdir. Mövsümi SEO-nun məqsədi veb saytınızın trafikini qısa müddətlik artırmaqdır.

Mövsümi SEO-nun 2 əsas növü var:

  • Vaxt əsaslı mövsümi SEO: Vaxt əsaslı mövsümi SEO böyük vaxt aralıqlarına əsaslanır. Yaz, yay, payız və ya qış ayları vaxt əsaslı mövsümi SEO kampaniyaları üçün nümunə göstərilə bilər. Məsələn, bir geyim mağazasının qış ayları üçün xüsusi geyimlərlə bağlı səhifə yaratması, mövsümi SEO nümunəsidir.
  • Hadisə əsaslı mövsümi SEO: Hadisə əsaslı mövsümi SEO insanları məhsul/xidmət almağa yönəldən xüsusi hadisələrə əsaslanır. Məsələn, 8 Mart, Yeni İl və Sevgililər Günü kimi hadisələr hadisə əsaslı mövsümi SEO nümunələridir.

Hər iki mövsümi SEO növünün ortaq yönü, saytınızın xüsusi günlər və ya mövsümlər üçün optimizasiya olunması və qısamüddətli trafik artımını təmin etməsidir.

Mövsümi SEO Niyə Vacibdir?

Mövsümi SEO biznesinizin satışlarını artırmaq üçün vacibdir. Məhsul və ya xidmət səhifələrinizi müştərilərin ehtiyac duya biləcəyi vaxtlar üçün optimizasiya etmək həm daha çox müştəri qazanmağınıza, həm də satışlarınızı artırmağınıza kömək edəcək.

Sezonluq məhsullar satan markalar (geyim mağazaları, oyuncaq mağazaları, çiçək mağazaları və s.) mövsümi SEO üçün xüsusi vaxt ayırmalıdırlar. Çünkü bu mağazalar üçün ilin müəyyən günləri satışlarını artırmaq üçün çox əhəmiyyətlidir. Bu mağazaların veb səhifələri xüsusi günlər üçün trafik cəlb edəcək formada SEO optimizasiya olunmayıbsa, bu mağazalar hər il sadəcə bir neçə dəfə gələn fürsətdən 100% fayda görə bilməyəcəklər.

Məhsullarınızın mövsümi populyarlığını necə ölçə bilərsiniz?

Məhsullarınızın hansı günlər daha çox satış gətirəcəyini öyrənmək üçün açar söz araşdırması etməlisiniz. Eyni zamanda, hansı açar sözlərin ilin hansı günlərində daha çox axtarıldığını da öyrənmək üçün müxtəlif alətlərdən istifadə etməlisiniz.

Google Trends

Google Trends hədəf kütlənizin məhsulunuza ilin hansı günlərində daha çox maraq göstərdiklərini görmək üçün istifadə edə biləcəyiniz bir alətdir. Məhsulunuzu doğru zamanda bazara çıxarmaq və ya veb səhifələrinizi xüsusi günlər üçün optimizasiya etmək üçün Google Trends istifadə edə bilərsiniz.

Misal olaraq, bir çiçək növü olan “tulpan” 8 Mart günü daha çox axtarılıb. Bu təbiidir. Əgər bir gül mağazanız varsa, veb saytınızda “8 Mart Üçün Tulpanlar” səhifəsi yaratmaq, spesifik olaraq 8 Mart günündə tulpan axtaran istifadəçiləri səhifəyə çəkəcək.

Google Trends sayəsində məhsul və ya xidmətlərinizlə bağlı açar sözlərin ilin hansı günündə daha çox axtarıldığını öyrənəcəksiniz.

Google Keyword Planner

Google Keyword Planner açar söz araşdırması və yeni açar sözlər tapmaq üçün istifadə edə biləcəyiniz ən yaxşı alətlərdən biridir. Bu alət vasitəsilə açar sözünüzün il ərzində hansı günlərdə daha çox axtarıldığını görmək də mümkündür.

Google Search Console

Google Search Console saytınızın SEO performansını monitorinq etmək üçün istifadə edə biləcəyiniz bir alətdir. Əgər saytınızın monitorinqini aparmaq üçün bu alətdən istifadə edirsinizsə, o zaman saytınızın hansı açar sözlər üzrə trafik aldığını görə bilərsiniz. Əlavə olaraq, bu alət sayəsində açar sözlərin il ərzində hansı günlərdə necə performans göstərdiyini görə bilərsiniz.

Google Search Console alətinə daxil olub hədəflədiyiniz açar sözlə bağlı 90 günlük performans qrafikinə baxaraq həmin açar sözlə bağlı saytınızın necə performans göstərdiyini görə biləcəksiniz. Əgər açar söz ilin müəyyən günlərində daha yaxşı performans göstərirsə, səhifənizi həmin günlər üçün xüsusi olaraq optimizasiya etmək istəyə bilərsiniz.

Veb Səhifələrinizin Mövsümi Tendensiyalara Uyğun Şəkildə Optimizasiyası

Sezonluq nəticələr üçün, veb səhifənizin mövsümi SEO optimizasiyasını həyata keçirməlisiniz. Bunun üçün isə açılış səhifələrinizin (landing page) xüsusi günlər və mövsümlər üçün optimizasiya olunmuş olması mütləqdir. Əgər xüsusi günlər üçün xüsusi səhifələr yaratmrısınızsa, bu sizin üçün qaçırılmış bir fürsət olaraq geri dönəcək.

1. Mövsümi mesajlarınızı müəyyən edin

Mövsümi mesajlar vacibdir. Əgər siz 8 Mart tarixi üçün istifadəçiləri hərəkətə keçirən bir mesaj yaratmayıbsınızsa, o zaman 8 Mart tarixi üçün xüsusi səhifə yaratmağın heç bir mənası yoxdur.

Gül mağazanızın hədəf kütləsi 8 Mart tarixində nə istəyə bilər? Onların ehtiyacları nə ola bilər?

Özünüz üçün xüsusi suallar toplayın və düşünməyə başlayın. 8 Mart tarixi üçün ən çox tələb olunan gülləri, hədiyyələri və ya digər məhsulları düşünün.

Qısa bir düşünmə seansından sonra siz nələrə fokuslanmalı olduğunuzu başa düşəcəksiniz. Daha sonra isə, mesajlarınızı müəyyən etməyə başlayacaqsınız.

Tulpan nümunəsi ilə davam etsək, “8 Mart Üçün Tulpanlar – Yeni və Gözəl Tulpanlar” kimi bir ideya düşünə bilərsiniz.

2. Sezonluq vizuallardan istifadə edin

Hər zaman istifadə etdiyiniz vizuallar ilə sezonluq vizuallar arasında fərq var. Siz əgər 8 Mart günü üçün xüsusi olaraq yaratdığınız açılış səhifələrinə, 8 Martı xatırladacaq vizuallar yerləşdirməyibsinizsə, bu bir əskiklik yaradacaq. Odur ki, hər xüsusi gün üçün xüsusi vizuallardan istifadə etməlisiniz.

3. CTA-ləri optimizasiya edin

“Call-to-action” və ya hərəkətə keçirən mesajlar, hədəf kütlənizi sizin məhsul/xidmətlərinizi almaq üçün hərəkətə keçirən mesajlardır. Yenə 8 Mart nümunəsindən davam etmək istəyirəm. 8 Mart günü üçün ən çox tələb olunan çiçəklər ilə bağlı açılış səhifələri yaratdığınızı düşünək. Bu açılış səhifələrinin səhifə başlıqlarına CTA əlavə etmək faydalı olacaq. Məsələn, “8 Mart Üçün Tulpanlar (Ən Təzələrini Almağa Tələsin)”

Mövsümi SEO: Xülasə

Mövsümi SEO praktikaları çoxdur. Lakin hər biri, biznesdən biznesə dəyişir. Mənim ən çox tətbiq etdiyim 3 üsulu sizinlə paylaşdım. Mövsümi SEO qısa zamanda çox yaxşı nəticələr əldə etməyiniz üçün ən yaxşı yollardan biridir. Əgər hələ də biznesinizdə mövsümi SEO praktikalarını tətbiq etməyibsinizsə, o zaman bu barədə düşünməyə başlayın.