Kompleks SEO xidmeti ilə veb saytınızın trafikini və satışlarınızı artırıram.

Aylıq 1500₼ ödəməklə veb saytınızın A-dan Z-yə SEO optimizasiya prosesini mənə həvalə edə bilərsiniz. Kompleks SEO xidmeti üçün indi əlaqə saxlayın.

Biznesinizi böyütməklə bağlı çətinlikləriniz var? Bütün işi mənə həvalə edin.

Hər şey daxil xidmət. Kompleks SEO xidmətim sərhəd tanımır. Ehtiyaclarınız üçün xüsusi olaraq qurulan SEO strategiyasını tətbiq etmək üçün nə lazımdırsa edirəm.

Nəticə yönümlü strategiya. Strategiya saytınıza “lazımsız trafik” çəkməyi hədəfləmir. Mən gələn trafikin satışa dönüşməsini, yəni keyfiyyətli trafiki hədəfləyirəm.

Sadə proses. Müştərilərimi xırda detallarla yormuram. İşin çətin tərəfini mən görürəm. Siz isə sizə verdiyim aylıq hesabatlar ilə işin nəticələrini öyrənirsiniz.

İş prosesi necədir?

Müzakirə. Saytınız, bazarınız və hədəflərinizlə bağlı ilkin müzakirələrimizi edirik.

Strategiya. Brendinq, marketinq, hədəfləriniz və mövcud fəaliyyətlərinizi də diqqətə alaraq ətraflı SEO strategiyası hazırlayır və sizə təqdim edirəm.

İş. Strategiya ilə bağlı final düzəlişlər edildikdən və razılığınız alındıqdan sonra iş prosesinə başlayıram.

Sabit qiymət. Əlavə ödəniş yoxdur 🙂

₼1,500/aylıq

  • Detallı sayt auditi
  • Rəqib & bazar analizi
  • SEO strategiyasının yaradılması
  • Texniki SEO tapşırıqlarının müəyyən olunması
  • Kontent strategiyasının yaradılması
  • Keyfiyyətli kontentlərin yazılması və paylaşılması
  • Format optimizasiyası, mikro data və schema optimizasiyası
  • Saytın mobil istifadəyə uyğunluğunun yaxşılaşdırılması
  • UX/UI təkmilləşdirmələri
  • Xidmət səhifələrinin optimizasiya olunması
  • Mövcud kontentlərin optimizasiyası
  • Lokal SEO yaxşılaşdırmaları

Mən kiməm?

Mən İsmail Yusibov. Artıq 5 ildən artıqdır ki, yerli və qlobal şirkətlərə Kompleks SEO xidməti göstərirəm. Agentlik, şirkət-daxili və remote iş təcrübəm var. Lokal və qlobal şirkətlərlə işləmişəm/işləyirəm.

Bütün iş təcrübələrimdə müştərilərimin SEO prosesini olduqca kompleks gördüyünün şahidi olmuşam. İnsanlar üçün SEO anlaşılmaz, qeyri-müəyyən və riskli bir investisiya kimi görünür. Bu problem işimizin təbiətindən irəli gəlir. SEO kompleksdir. Düşünürəm ki, SEO-nun kompleks olması, sahibkarların bu faydalı marketinq kanalından uzaqlaşmasına səbəb olmamalıdır. Bu proyekt ilə məqsədim sahibkarları bu qarışıqlıqdan uzaq tutmaq və eyni zamanda onların SEO-dan maksimum dərəcədə fayda görmələrinə kömək etməkdir.

Sahibkarlar üçün SEO-nu anlamaq, hələ ki bu dövrdə olduqca vacibdir. Bunun qarşısındakı ən böyük əngəl isə keyfiyyətsiz iş prosesləri və yarı-yarımçıq tətbiqdir. Bir çox yerli və qlobal agentlik SEO-nu yarı-yarımçıq tətbiq edir. Bu səbəbdən SEO-dan 100% fayda əldə etmək mümkün olmur. Hal belə olanda isə, sahibkarlar SEO-dan uzaqlaşır.

Mən isə bu proyekt ilə sizə çox sadə bir Kompleks SEO xidməti satmaq istəyirəm. Xidmətimin aspektləri sabitdir, başa düşüləndir. Aylıq sabit qiymət ödəməklə saytınız üçün lazım olan bütün SEO həllərini ala bilərsiniz. Xidmət zamanı siz heç bir qarışıq detallara baş yormaq məcburiyyətində qalmayacaqsınız. Sizin üçün təklif etdiyim paket bütün ehtiyaclarınızı qarşılayacaq.

Əgər maraqlanırsınızsa mənə yaza bilərsiniz.

info@seo-xidmeti.io