Tibbi SEO həkim, klinika, sağlamlıq mərkəzi və ya xəstəxana veb saytlarının hədəf açar sözlər üzrə Google axtarış nəticələrində ilk sıralarda görünməsini təmin etmək üçün göstərilən xidmətdir. Xüsusilə sağlamlıq sektoru kimi rəqabətin yüksək olduğu sahələrdə Google axtarışlarında ilk sırada görünmək sizi əlavə reklam xərclərindən qurtaracaq və potensial hədəf kütlənizə çatmağınızı asanlaşdıracaq.
Niyə tibbi SEO optimizasiya xidmətinə ehtiyacınız var?
İndiki gündə sağlamlıq xidmətləri axtaran insanların 80%-dən çoxu, axtardıqları xidmətlərlə bağlı Google-da axtarış edirlər. Axtarış edənlərin 90%-dən çoxu isə, axtarış nəticələrində ilk 3 sırada görünən veb saytlara keçid edirlər. Məhz bu səbəbdən, Google axtarışlarında ilk 3 sırada olmaq çox vacibdir. Tibbi SEO optimallaşdırma, veb saytınızı axtarışlarda ilk sıralarda çıxarmağa kömək edir.
Tibbi SEO-nun üstünlükləri:
- Hədəflənən açar sözlər üzrə Google axtarışlarında 1-ci yerdə görünmək
- Sayta ödənişsiz trafik çəkmək
- Potensial müştərilərə çatmaq
- Satışları artırmaq
- Brendinqi gücləndirmək
Tibbi SEO strategiyaları
Tibbi saytların SEO optimallaşdırma prosesi bir neçə mərhələdən ibarətdir. Bu mərhələlərin hər biri veb saytın Google axtarışlarında ilk sıralara yüksəlməsinə birbaşa olaraq təsir göstərir. Tibbi saytların SEO optimallaşdırması zamanı istifadə etdiyim SEO strategiyaları aşağıdakı kimidir:
- Açar söz araşdırması: Açar söz araşdırması tibbi saytların SEO optimallaşdırmasında olduqca vacibdir. Düzgün açar söz araşdırması ilə markanın hədəflədiyi açar sözlər üzrə hədəf kütlənin qarşısına çıxmasını təmin edirəm.
- Səhifə-daxili SEO optimizasiya: Saytın bütün səhifələrinin SEO optimizasiyasını həyata keçirərək səhifələrin Google axtarışlarında yüksəlməsini təmin edirəm.
- Məzmun yaradılması: Edilən açar söz araşdırmasına uyğun olaraq məzmun strategiyası yaradıb SEO-ya uyğun keyfiyyətli məzmunlar yaradıram.
- Texniki SEO optimallaşdırma: Sayt daxilində mövcud olan və SEO strategiyasının əskiksiz tətbiqinə əngəl olana texniki xətaları həll edərək saytın SEO performansını yaxşılaşdırıram.
- Link buildinq (backlinklər): Domen gücünü artırmaq və görülən SEO işlərindən maksimal faydanı əldə etmək üçün saytı keyfiyyətli backlinklər ilə gücləndirirəm.
Tibbi SEO nə zaman nəticə verir?
Tibbi SEO optimallaşdırma 3-6 ay ərzində ilkin nəticələrini verir. Görülən işə bağlı olaraq müddət dəyişkənlik göstərə bilər. Tibbi SEO optimallaşdırma ilkin olaraq sayt trafikinin artımı ilə öz nəticələrini göstərir. Daha sonrasında hədəf açar sözlərdə davamlı olaraq yüksəliş, müraciət sayında artım və satışların yüksəlməsi, SEO-dan əldə olunan nəticələr arasındadır.
Kimlər tibbi SEO optimallaşdırma xidmətindən faydalanmalıdır?
Tibbi SEO xidmətindən həkimlər, klinikalar, xəstəxanalar və sağlamlıq mərkəzləri faydalana bilər.
Tibbi SEO xidmətləri üçün müraciət edə bilərsiniz!
Tibbi saytların SEO optimallaşdırması üçün mənə müraciət edə bilərsiniz. Tibbi veb saytların SEO optimallaşdırması üçün göstərdiyim xidmətlər:
- Sayt auditi
- Rəqib, bazar və hədəf kütlə analizləri
- Sayt daxili optimizasiya
- Sayt xarici optimizasiya
- Texniki optimizasiya
- Lokal SEO təkmilləşdirmələri
- Məzmunların yazılması
- Satışların və müraciətlərin artırılması
Xidmət haqqında detallı məlumat üçün mənimlə Whatsapp vasitəsilə əlaqə saxlaya bilərsiniz.