Backlink Nədir? | Backlink Faydaları & Pulsuz Backlink Almaq

SEO ilə maraqlanan və ya saytı üçün SEO edən hər kəs backlink sözünə rast gəlib. Backlink əslində olduqca sadə bir konseptdir. Səhifə-xarici SEO optimizasiyası prosesinin böyük bir hissəsini backlinklər təşkil edir.

Gəlin backlink nədir sualını cavablandıraq.

Backlink nədir?

Backlink başqa bir saytın sizin saytınıza link verməsidir. SEO sahəsində backlinklər təsdiq vəzifəsi görür. Əgər bir sayt sizin saytınıza backlink veribsə, bu o deməkdir ki, həmin sayt sizin saytınızın etibarlılığını, təhlükəsizliyini və faydalı olmasını təsdiq edir. Yüksək backlink sayı adətən yüksək trafik və sıralama ilə nəticələnir. Saytınızın Google axtarış nəticələrində ilk sıralarda çıxması ilə backlinklər arasında yaxın əlaqə var.

Link ilə backlink arasındakı fərq nədir?

Saytlar linklər vasitəsilə biri-birinə bağlanır. İnternet dünyasında bütün saytlar arasındakı əlaqələr linklər ilə qurulur. Backlinklər də bir link növüdür. Backlinklər vasitəsilə istifadəçilər bir saytdan başqa bir sayta rahatlıqla keçid edə bilirlər.

Backlinklərin digər faydaları:

  • Oxuyucuya daha geniş kontekst təmin etmək
  • Mənbələrə istinad etmək
  • Məzmuna dərinlik qatmaq
  • Məzmunun doğruluğunu təmin etmək

Hər bir linkin bir destinasiyası olduğunu bilməlisiniz. Backlinklər iki sayt arasında körpü rolu oynayır. Axtarış sistemləri backlinklər vasitəsilə saytların etibarlılığını, populyarlığını və istifadəçilər üçün olan faydasını təsdiq edir.

Backlink gücü nədir və necə müəyyən edilir?

Google backlinklərin əhəmiyyətini ilk dəfə dərk edən axtarış sistemi olub. Google veb-səhifələri sahib olduqları güclü backlinklərin sayısına və keyfiyyətinə görə sıralayır. Bu o deməkdir ki, əgər saytınızın çoxlu keyfiyyətli və güclü backlinki varsa, səhifələriniz axtarış nəticələrində ilk sıralarda görünəcək.

Backlinklər güclü və zəif olmalarına görə fərqlilik göstərirlər. Bir backlinkin keyfiyyətinə təsir edən faktorlar backlink verən saytın keyfiyyətinə və verilən backlinkin tipinə bağlı olaraq müəyyən edilir.

Backlink növləri

Üç növ backlink var:

  • rel=“nofollow”: “Nofollow” backlinklər, backlink verən saytın hədəf saytı dəstəkləmədiyini ifadə etmək üçün işlədilir. Bir sayt öz domen gücünü başqa bir saytla bölüşmək istəmədiyi zaman verdiyi backlinki “nofollow” olaraq işarətləyir.
  • rel=“dofollow”: “Dofollow” backlinklər, backlink verən saytın hədəf saytı dəstəklədiyini göstərmək və öz gücünü həmin sayt ilə bölüşmək istədiyi zaman istifadə edilir.
  • rel=“sponsored”: “Sponsored” backlinklər backlinkin sponsorlu olduğunu ifadə etmək üçün istifadə olunur. Əgər backlinki müəyyən bir ödəniş qarşılığıda verirsinizsə, o zaman bu işarətləmədən istifadə edə bilərsiniz.
  • rel=“ugc”: “UGC” backlinklər istifadəçi tərəfindən yaradılan məzmunlar üçün istifadə olunur. Bu linklər adətən forumlarda istifadə olunur.

Google keyfiyyətsiz, spam və illeqal saytlardan gələn backlinkləri görməzdən gələ bilər. Əgər saytınızda minlərlə keyfiyyətsiz backlink varsa və onlardan heç bir pozitiv təsir görməyibsinizsə, səbəb Google-un həmin linklərin dəyərini 0-a düşürməsi ola bilər.

Ən yaxşı backlinklər hansılardır

Backlink dəyərləndirməsi zamanı bir backlinkin keyfiyyətli olduğunu demək üçün aşağıdakı faktorları diqqətə ala bilərsiniz:

  • Backlink “dofollow”-dursa
  • Backlink səhifənin əlaqəli hissələrinə təbii olaraq yerləşdirilibsə
  • Güclü, populyar və etibarlı bir saytdan gəlirsə
  • Backlink üçün istifadə olunan “anchor” mətn backlink verilən səhifənin məzmunu ilə əlaqəli sözlər təşkil edirsə

Backlinklərin keyfiyyəti qədər, çeşidliliyi də vacibdir. Eyni saytdan yüzlərlə backlink almaq yerinə, müxtəlif saytlardan backlink almaq daha məntiqlidir. Backlink üçün istifadə olunan “anchor” mətnlərin fərqliliyi də vacib məqamdır.

Domen gücü nədir?

Domen gücü bir veb saytın populyarlığını, etibarlılığını və gücünü göstərən metrikdir. Google tərəfindən təsdiq olunmasa belə, domen gücü SEO sahəsində uzun illərdir istifadə olunan bir metrikdir.

Böyük və populyar saytlar adətən yüksək domen gücünə sahib olur. Misal olaraq, böyük xəbər saytlarını, şirkət saytlarını və ya dövlət saytlarını nümunə gətirə bilərik. Əgər bu saytlardan backlink əldə etməyi bacarsanız, bunun saytınız üçün faydası ola bilər.

Rəqabət zamanı veb səhifənizin axtarış sıralamalarında geridə görünməsinin səbəbi, zəif domen gücü ola bilər. 

Domen gücünə təsir edən əsas faktor backlinklərdir. Əgər saytınızın backlink profili, rəqibinizdən zəifdirsə, o zaman bu sizin SEO-nuza təsir edə bilər.

Rəqib analiz zamanı rəqibinizin saytının neçə “dofollow” backlinkə sahib olduğunu analiz etməli və öz saytınızla müqayisə aparmalısınız. 

Necə backlink əldə edə bilərəm?

Backlink əldə etmək üçün müxtəlif yollar var. Adətən SEO mütəxəssisləri güclü backlink profili yaratmaq üçün ödənişli backlinklərə öz tuturlar. Backlinkləri ödənişsiz olaraq əldə etmək çətin olduğu üçün prosesi sürətləndirmək yalnız ödənişli backlinklərlə mümkün olur. Əksər hallarda, ödənişsiz olaraq əldə edilən backlinklərin keyfiyyəti də xeyli aşağı olur. Əgər bir saytdan ödənişsiz backlink əldə etmək mümkündürsə, o zaman hamı o saytdan faydalanmağa çalışır. Belə olan zaman həmin saytın sizin saytınız üçün verəcəyi fayda da 0-a bərabər olur.

Yenə də, ödənişsiz backlink əldə etmək üçün bəzi yollar var. Bunlardan bəziləri:

  • Əlaqələr: Biznes partnyorlarınızdan və ya veb sayt sahibi olan tanışlarınızdan backlink istəyə bilərsiniz.
  • Partnyorluqlar: Partnyorluq qurmaq SEO-da yayğındır. Müxtəlif saytlarla əlaqəyə keçərək onlar üçün məzmun yaratmağı təklif edə bilərsiniz. Qarşılığında isə həmin məzmuna öz saytınızın linkini yerləşdirə bilərsiniz.
  • Kataloq veb saytlar: Kataloq veb saytlar müxtəlif bizneslərin əlaqə məlumatlarının yer aldığı veb saytlardır. Bu veb saytlara daxil olaraq ödənişsiz formada öz biznesiniz üçün qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat zamanı biznesinizin veb saytını profilinizə yerləşdirərək saytınız üçün backlink əldə edə bilərsiniz.

Başqa saytların backlinklərini necə audit edə bilərəm?

Rəqib saytların backlinklərini öyrənmək istəyirsinizsə, SEO alətlərindən istifadə edə bilərsiniz. Semrush, Ahrefs və ya ödənişsiz bir neçə alət var ki, onlar sizə rəqiblərinizin backlink profillərinə baxmağınızı asanlaşdırırlar.

Rəqib saytların backlinklərini analiz edərkən əsas olaraq diqqət etməli olduqlarınız:

  • Domen üzrə backlink sayısı. Bir domenden veb sayta yüzlərlə backlink gələ bilər. Lakin sizin üçün vacib olan şey, müxtəlif domenlər üzrə neçə backlinkin olduğudur.
  • Aktiv backlinklərin sayısına diqqət edin. Xarab, işləməyən və ya silinən backlinklərin sayt üçün faydası yoxdur.
  • “Dofollow” backlinklərin sayısına diqqət edin. 
  • Backlink verən saytların keyfiyyətinə diqqət edin.

Əgər rəqib sayt ilə öz saytınız arasındakı backlink sayında böyük fərq varsa, bu fərqi azaltmağa çalışın.