Googlebot Google tərəfindən internetdə yer alan səhifələri kəşf etmək, səhifələrdəki məlumatları toplamaq və indeksləmək üçün istifadə edilən alqoritmdir. Googlebot internetdə yer alan səhifələri linklər vasitəsilə kəşf edir. Googlebot davamlı olaraq yenilənən və ya paylaşılan məzmunları taparaq indeksləyir. İndeksləmə prosesi, Googlebot tərəfindən taranan veb səhifələrin Google məlumat bazasına əlavə olunmasını ifadə edir.
Googlebot necə işləyir?
Googlebot hansı saytları kəşf edəcəyini anlamaq üçün linklərdən istifadə edir. Saytınızda yer alan daxili və ya xarici linklər Googlebot tərəfindən görülür və həmin səhifələri Googlebot kəşf edir. Əgər daxili və ya xarici linklərdə problem varsa və Googlebot bu linklərə keçid etmək istəyən zaman hər hansı bir problemlə qarşılaşırsa, o zaman Googlebot həmin linklərə başqa bir tarixdə yenidən ziyarət edir.
Googlebotun veb saytınızı problemsiz şəkildə taaması üçün veb saytınızda problemlərin olmadığından əmin olmalısınız. Veb saytınızın zəif yüklənməsi, saytınızda yer alan işləməyən daxili və xarici linklər, saytınızda təhlükəsizlik problemləri yarada biləcək virusların olması, səhifə həcminin yüksək olması və ya başqa problemlər Googlebotun veb səhifənizi taraya bilməməsinə və nəticədə səhifələrinizin indekslənməməsinə səbəb ola bilər.
Googlebot növləri hansılardır?
Google-un internetdəki yeni səhifələri və saytları rahatlıqla kəşf edə bilməsi üçün müxtəlif növ Googlebot növləri var. Ən vacib Googlebot növləri aşağıdakılardır:
- Googlebot (masaüstü)
- Googlebot (mobil)
- Googlebot Video (video)
- Googlebot Images (şəkil)
- Googlebot News (xəbərlər)
Veb saytınızın Googlebot tərəfindən nə vaxt ziyarət edildiyini necə öyrənə bilərsiniz?
Veb saytınızın Googlebot tərəfindən nə vaxt ziyarət edildiyini öyrənmək üçün Google Search Console alətindən istifadə edə bilərsiniz. Bu alət həm də səhifələrinizin Googlebot tərəfindən ziyarət edilməsinə əngəl olan problemlər barədə məlumat sahibi olmağınıza imkan tanıyır.
Əgər veb saytınızda Googlebot tərəfindən taranmasını istəmədiyiniz səhifələr və ya bölmələr varsa, o zaman saytınızın robots.txt faylında kiçik düzəlişlər edərək Googlebot-un həmin bölmələrə giriş etməsini qadağan edə bilərsiniz. Bu adətən saytın admin paneli, ödəniş səhifələri və ya istifadəçi giriş səhifələri üçün düşünülə bilər. Lakin unutmayın ki, robots.txt vasitəsilə Googlebot-un saytın müəyyən bölmələrinə giriş etməsini qadağan etmək, həmin səhifələrin indekslənməməsinə, yəni Google nəticələrində görünməməsinə səbəb olacaq.
Saytınızı Googlebot Üçün Necə Optimizasiya Edə Bilərsiniz?
Saytınızı Googlebot üçün optimizasiya etmək, saytınızın Googlebot tərəfindən intensiv şəkildə taranmasına və yeni səhifələrinizin sürətli bir şəkildə indekslənməsinə kömək edəcək. Saytınızı Googlebot üçün optimizasiya etmək üçün aşağıdakı tövsiyyələrə diqqət edin:
- Saytınızda yer alan daxili və xarici linklərin işlədiyindən əmin olun.
- Veb saytınızın sayt xəritəsini yaradın (sitemap). Sayt xəritəsi Googlebot-un veb saytınızdakı bütün səhifələri rahatlıqla taraya bilməsinə kömək edəcək.
- Səhifələrinizin Googlebot tərəfindən taranmasına əngəl olan problemləri tez aşkarlamaq üçün Google Search Console alətindən istifadə edin.
- Googlebot-un səhifələrinizi daha sürətli taraması və səhifə kontekstini başa düşməsi üçün hədəflədiyiniz açar sözləri səhifənin doğru yerlərində istifadə edin.
- Saytınızda yer alan səhifələr arasında daxili linkləmələr edərək Googlebot-un saytınızı daha sürətli şəkildə taramasına kömək edin.
- Köhnə məzmunlarınızı yeniləyərək Googlebot-un davamlı olaraq saytınızı taramasına kömək edin.
Niyə Saytınızı Googlebot Üçün Optimizasiya Etməlisiniz?
Bir sayt davamlı olaraq yenilənirsə bu saytın SEO optimizasiyası üçün müsbət haldır. Köhnə məzmunları yeniləmək, sayta davamlı olaraq yeni məzmunlar əlavə etmək saytın Googlebot tərəfindən intensiv şəkildə taranmasına kömək edir.
Googlebot səhifələrinizi hər ziyarət etdikdə, həmin səhifələri tarayır. Bu tarama prosesi Google üçün maliyyəti olan bir prosesdir. Google bu maliyyəti effektiv şəkildə işlədən saytları mükafatlandırır.
Bu o deməkdir ki, saytınız Googlebot tərəfindən nə qədər asan taranırsa, Googlebot səhifələrinizin kontektstini nə qədər sürətli şəkildə başa düşürsə, o zaman bu sizin SEO performansınıza yansıyacaq.
Əgər saytınızda işləməyən linklər varsa, məzmunlarınızın konteksti başa düşülmürsə, saytınızda çoxlu sayıda lazımsız məzmun və işləməyən səhifə varsa, Google saytınızı taramaq üçün boş yerə büdcə xərcləmiş olacaq. Bu isə saytınızın SEO performansına mənfi təsir bağışlayacaq.
Odur ki, saytınızın Googlebot tərəfindən rahatlıqla tarana bilən olduğundan əmin olmaq üçün, saytınızın SEO optimizasiya prosesinə diqqət yetirməlisiniz.