SEO qiymeti aylıq 700 AZN ilə 3000 AZN aralığında dəyişməkdədir. Böyük saytlar üçün SEO daha bahalı olsa da, orta və kiçik həcmli saytlarda SEO prosesinin qiyməti adətən daha aşağı olur.
SEO xidməti üçün qiymət axtarışındasınızsa, SEO-da sabit qiymətin olmadığını deyərək mövzuya başlamaq istəyirəm. Bir çox insan mənə müraciət edən zaman sabit qiymət soruşur və bu zaman mən qiymətin saytdan-sayta dəyişiklik göstərdiyini deyirəm. Bu isə SEO ilə maraqlananlarda təəccüb yaradır.
SEO qiymətinin saytdan-sayta dəyişməsinin səbəbi əslində çox sadə bir məntiqlə izah oluna bilər. Böyük saytlar daha çox iş tələb edir, kiçik saytlar isə daha az.
SEO qiymetine təsir edən faktorlar:
- Görüləcək texniki işlərin sayı: Böyük saytlar daha böyük problemlərə sahib olurlar. Siz görməsəniz belə hər hansı böyük həcmli bir web saytın arxa planında minlərlə, bəzən milyonlarla problem olur.
- Paylaşılacaq məzmun sayı: SEO prosesində qiymətə təsir edən ən vacib faktorlardan biri də məzmunlardır. Əgər müştərinin aylıq məzmun tələbi çoxdursa, qiymət də normal olaraq artacaq.
- Rəqabət səviyyəsi: Əgər müştərinin fəaliyyət göstərdiyi bazarda rəqabət azdırsa, bu qiymətin də aşağı düşməsinə səbəb olur.
- Gözlədiyiniz sıralamalar: Hədəflədiyiniz açar sözlərin rəqabət səviyyəsi çoxdursa, bu həmin açar sözlərdə sıralama almağınızı çətinləşdirən bir haldır. Bu səbəbdən həmin açar sözü müxtəlif yollarla hədəfləmək və sıralama almaq üçün əlavə SEO tədbirləri lazım gələ bilər. Bu da təbii ki, qiymətə təsir göstərən bir faktordur.
SEO qiymətinə təsir göstərən faktorların ən əsaslarını qeyd etdim.
SEO qiymeti nə deyildir?
Başlıq sizi çaşdırmasın, çünkü bu mövzuda bugünə qədər çox böyük yanlış anlaşılmalar görmüşəm və yaşamışam. SEO qiyməti dedikdə bir çox insan hər hansı bir abunəlik və ya xidmət haqqı kimi, aylıq ödənişlərlə SEO əldə edə biləcəyini düşünür.
Bir çox sahədə aylıq ödəniş məntiqi təmamilə doğru olsa da, SEO üçün vəziyyət fərqlidir.
SEO qiyməti, müəyyən olunmuş hədəflərə çatmaq üçün SEO prosesi boyunca ödənən məbləğdir. Siz ilk aylarda SEO üçün məbləğ ayırdıqdan və hədəflədiyiniz açar sözdə 1-ci çıxmadığınızı gördükdən sonra boşuna ödəniş etdiyinizi düşünə bilərsiniz. Halbuki, SEO prosesi təmamilə fərqlidir və SEO prosesində “bu ay X məbləğ qarşısında açar sözlərdə X qədər artım olacaq” kimi bir məntiq yoxdur. SEO xidməti zamanı agentlik və ya mütəxəssis ümumi prosesi, tətbiq olunacaq strategiyanı, tələb olunan vaxtı və rəqabət səviyyəsini düşünərək 6 ay, 1 il, bəzi hallarda 3 il kimi uzun müddətli hədəflər qoyaraq açar sözlərdə sıralama artımı üçün çalışır.
SEO qiyməti
SEO xidməti ilə bağlı qiymət təklifi almaq üçün mənə müraciət edə bilərsiniz. Müraciət edərkən saytınızın adresini, hədəflərinizi və rəqiblərinizi paylaşmağı unutmayın.