SEO konsultasiya hədəf açar sözlər üzrə saytın Google axtarış motorundaki sıralamasını yüksəltmək üçün SEO strategiyası hazırlayan, hazırlanan strategiyanın doğru şəkildə tətbiq olunmasını təmin edən SEO mütəxəssisi tərəfindən göstərilən xidmətdir.
SEO-dan fərqli olaraq, SEO konsultasiyası zamanı mütəxəssis qısa, orta və uzun müddətdə yaxşı nəticələr gətirəcək SEO strategiyasını hazırlayır və atılmalı olan addımları müəyyən edir.
SEO Konsultasiya Nə Deyil?
Bir çox insan sadə SEO optimizasiya prosesi ilə SEO konsultasiya xidməti arasındakı fərqi anlaya bilmir. Bu səbəbdən SEO konsultasiya xidmeti nə deyildir sualının cavabını bilmək önəmlidir.
SEO konsultasiya deyildir:
- SEO konsultasiya xidmeti 10-15 gündə saytınızı hədəf açar sözlər üzrə Google-də 1-ci sıraya gətirən bir xidmət deyildir
- SEO konsultasiyada hədəf səhifə-xarici SEO (backlinklər) ilə saytı qaldırmaq ilə məhdud deyil
- SEO konsultasiya atılmalı olan addımları deyib kənara çəkilən bir mütəxəssis tərəfindən aparılan iş deyildir
SEO konsultasiya xidmeti zamanı saytın SEO-sunu yaxşılaşdırmaq məqsədilə yaradılan strategiya SEO konsultasiya xidməti göstərən mütəxəssis tərəfindən davamlı olaraq izlənilməlidir. SEO konsultasiya xidmeti zamanı xidmət göstərən mütəxəssis atılan addımların nəticələrini davamlı olaraq təqib etməli və saytı nəzarətdə saxlamalıdır.
SEO Konsultasiya Xidmeti Sizə Nə Qazandıracaq?
- SEO konsultasiya ilə saytınızın SEO optimizasiya prosesinin əskiksiz getdiyindən əmin ola biləcəksiniz
- Mövcud SEO optimizasiya prosesinizi gücləndirə biləcəksiniz
- Saytınızın Google axtarış nəticələrində daha yüksək sırada görünməsini təmin edə biləcəksiniz
- Sayt trafikinizin artmasını təmin edəcəksiniz
- Ümumi rəqəmsal marketinq hədəflərinizə inteqrasiya olunmuş SEO strategiyası ilə qısa, orta və uzun müddətli nəticələr əldə edəcəksiniz
SEO Konsultasiya Xidmətinin Əsas Addımları
SEO konsultasiya xidməti mürəkkəb bir prosesdir və çoxsaylı addımları əhatə edir. Bu addımların hər biri müəssisənin rəqəmsal varlığını optimallaşdırmaq üçün xüsusi hədəflər qoyur.
1. SEO Audit
SEO konsultasiyasında ilk addım saytın mövcud vəziyyətini təhlil etməkdir. SEO audit, saytın texniki SEO, on-page SEO, backlink profili və istifadəçi təcrübəsi kimi faktorlarını yoxlayır. Saytın zəif tərəfləri, səhvlər və inkişaf üçün imkanlar müəyyənləşdirilir.
2. Rəqib Təhlili
Rəqiblərinizi tanımaq, onların istifadə etdiyi SEO strategiyalarını öyrənmək vacibdir. Bu addımda, rəqib analizi ilə onların hansı açar sözlərdən istifadə etdiyi, hansı məzmun növünün daha çox trafik gətirdiyi kimi məlumatlar toplanır. Rəqib təhlili nəticəsində sizin üçün ən effektiv strategiya müəyyən edilir.
3. Açar Söz Araşdırması
Düzgün açar söz araşdırması olmadan SEO mümkün deyil. SEO konsultasiya xidməti çərçivəsində, biznesiniz üçün ən uyğun açar sözlər təyin olunur. Burada əsas məqsəd, istifadəçilərin axtarış motorlarında istifadə etdikləri real sorğularla sizin məzmununuzun uyğun gəlməsini təmin etməkdir.
4. On-Page SEO Optimallaşdırması
On-Page SEO saytın daxili faktorlarını optimallaşdırmağa yönəlmişdir. Bu prosesdə, məzmunun meta başlıqları, meta təsvirləri, URL strukturu, alt başlıqlar və vizual optimallaşdırma kimi amillər nəzərə alınır. Hər bir səhifə və məzmun bu amillər üzrə optimallaşdırılır ki, axtarış motorları həmin məzmunu daha yaxşı anlayıb indeksləyə bilsin.
5. Backlink Strategiyası
Axtarış sistemləri üçün etibarlı sayılan backlinklər SEO-nun mühüm hissəsidir. Keyfiyyətli və məzmununuzla əlaqəli olan backlinklər əldə etmək üçün doğru strategiyalar hazırlanır. Bu strategiya, saytınızın xarici resurslardan nə dərəcədə dəstəkləndiyini göstərir və reytinqinizi yüksəldə bilər.
SEO Konsultasiya Xidmeti Qiyməti Nə Qədərdir?
SEO konsultasiya xidmeti qiymeti 700 AZN ilə 1500 AZN aralığında dəyişir. Bu qiymət qarşılığında siz aşağıdakı SEO konsultasiya xidmeti həllərini əldə edəcəksiniz:
- Saytın texniki auditi
- Texniki SEO tapşırıqlarının yazılması
- Saytın on-page auditi
- Saytın məzmun auditi
- Rəqib analizi
- Sektor analizi
- Səhifə-xarici SEO optimizasiyası
- On-page yaxşılaşdırmaları ilə əlaqəli təkliflər və göstərişlər
- Saytın monitorinqi // edilən tapşırıqların izlənilməsi və yoxlanılması
- Məzmun strategiyasının yaradılması və SEO yönümlü məzmunların necə yazılacağı ilə bağlı təlim
- Analiz və hesabat